Əhalinin pulunu kim yeyib?

ehalinin-pulunu-kim-yeyib
Oxunma sayı: 645

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Qafqazinfo”ya açıqlamasında bildirib. Mirvari Qəhrəmanlı qeyd edib ki, Oğuz- Qəbələ su kəməri artıq üçüncü ildir ki, istifadəyə verilib: “Uzun müddətdir ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilat İctimai Birliyi (NHMT İB) xam neftin satışından əldə olunan vəsait hesabına maliyyələşən bir sıra layihələrin monitorinqini aparır. Bu layihələrdən biri də ARDNF-nun vəsitləri hesabına maliyyələşdirilən Oğuz-Qəbələ-Bakı su kəməri layihəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2009-cu il tarixli 54 saylı Qərarı (4 aprel 2009-cu il tarixdən - 23 avqust 2010-cu ilə qədər qüvvədə olmuşdur) ilə təsdiq edilmiş “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın satınalma qiymətinin hesablanması Qaydası”na əsasən “Daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin birgə vəsatəti əsasında baxılıb qəbul edilir və Qərarla daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasını dövlətin adından həyata keçirəcək müvafiq dövlət orqanı və ya dövlət müəssisəsi olan Sifarişçi müəyyən edilir”.

Mirvari Qəhrəmanlı əlavə edib ki, "Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" layihəsinin idarə edilməsi və sifarişçi funksiyalarının icrası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli 42S saylı Sərancamına əsasən "Azərsu" Səhmdar Cəmiyyətinə həvalə edilib: “ Su kəməri Azərbaycanın 8 rayonunun ərazisindən keçir. 3257 torpaq mülkiyyətçisi (975,99 ha torpaq sahəsi) bu günədək itirilmiş mülkiyyətlərinin və itirilmiş faydaların əvəzinə kompensasiya əldə edə bilməyiblər. Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin reallaşdırılması nəticəsində Oğuz rayonunda 1356 torpaq mülkiyyətçisi 781.53 hektar torpaq sahəsindən, Qəbələ rayonundan 262 mülkiyyətçi 44.98 hektar torpaq sahəsindən, Göyçay rayonunda 383 mülkiyyətçişi 23 hektar torpaq sahəsindən, İsmayıllı rayonunda 247 torpaq mülkiyyətçisi 36,08 hektar torpaq sahəsindən, Ağsu rayonunda 555 torpaq mülkiyyətçisi 58,18 hektar torpaq sahəsindən, Şamaxı rayonunda 137 torpaq mülkiyyətçisi 20,79 hektar torpaq sahəsindən, Hacıqabul rayonunda 305 torpaq mülkiyyətçisi 11,27 hektar torpaq sahəsindən məhrum olublar. 5 ildir ki, mülkiyyətçilərin torpaqları əllərindən alınmış, onlara torpağın, meyvə ağaclarının və itirilmiş faydaların əvəzinə heç bir kompensasiya ödənilməmişdir Mülkiyyətçilər torpaqlarını, yetişdirdikləri ağacları və məhsullarını itiriblər. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülkiyyətçilərin müraciətlərinə qanunda göstərilən qaydada və müddətdə cavab verilməyib. Layihənin icraçısı "Azərsu" Səhmdar Cəmiyyəti bu vəzifənin öhdəsindən gələ bilməyib. Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.9, 247.2, 247.3; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələrinin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “4 aprel 2009-cu il tarixli 54 saylı Qərarının” tələblərini pozub.

Qeyd edək ki, bununla əlaqədar NHMT online sərgi hazırlayıb. Sərgini izləyə bilərsiniz.

Günel