Əhaliyə 10 milyardlıq istehlak mal satılıb

ehaliye-10-milyardliq-istehlak-mal-satilib
Oxunma sayı: 665


“Qafqazinfo” Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, istehlak mallarının 52,1 faizini ərzaq, 47,9 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artıb.

Yanvar-iyul aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 1,3 milyon manat təşkil edib. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 86,1 faizini hüquqi, 13,9 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 92,8 faizini qeyri-ərzaq malları təşkil edib.