Əhaliyə xəbərdarlıq

ehaliye-xeberdarliq
Oxunma sayı: 644

Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, belə zəhərlənmələrin səbəbi ev şəraitində bişirilən yeməklərin sonradan çirklənməyə məruz qalması ilə əlaqədardır: “Əhali yeməklərin hazırlanma və saxlanılma qaydalarına əməl etməlidir. Belə isti havalarda bir saat kifayətdir ki, qida tərkibini dəyişsin və zəhərlənmələrə səbəb olsun. Ona görə də qidanı qorumaq və soyuducuda saxlamaq lazımdır”.

Zəhərlənmələrlə bağlı əhaliyə tövsiyələrini verən İ. Abdullayev onu da bildirib ki, yeməkləri bişirildiyi qabda saxlamaq olmaz. Əks halda kimyəvi zəhərlənmələr baş verə bilər: “Mis, alüminium və dəmir qablar oksigenlə reaksiyaya girir, oksidləşir və üzərində təbəqə yaradır.

Yeməyin bişmə prosesində bu, baş vermir, amma yemək saxlandıqda, həmin təbəqə qida ilə təmas edir. Mis, dəmir və alüminium qablarda ara təbəqə olmasa, bu reaksiyalar zəhərlənmələrə səbəb ola bilər.

Xüsusilə də misin ağır metal və zəhərləyici təsiri olmasını nəzərə alsaq, belə qablar hökmən qalaylanmalıdır. Qalaylansa belə, yemək bişdikdən sonra qab mütləq dəyişdirilməlidir”.