Əhəd Abıyevdən təcili Almaniyaya aparılmağı ilə bağlı - Açıqlama

Əhəd Abıyevdən təcili Almaniyaya aparılmağı ilə bağlı
Oxunma sayı: 102

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin səhhətində ciddi problemlər yarandığı üçün təcili olaraq Almaniyaya aparıldığına dair xəbərlər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, Əhəd Abıyev Ölkə.az-a açıqlamasında yayılan informasiyanın doğru olmadığını bildirib.

“Yazırlar ki, guya səhhətim qəfil pisləşib və Almaniyaya aparılmışam. Bütün bunlar cəfəngiyyatdır. Hazırda da işimin başındayam. Ötən gün isə iclas keçirmişəm. Mən necə Almaniyaya getmişəm ki, Daşkəsəndə işimin başındayam... Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var? Bütün bunlar uydurma xəbərlərdir”, - deyə icra başçısı söyləyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi