Əhəd Abıyevin böyrək əməliyyatı başa çatdı

ehed-abiyevin-boyrek-emeliyyati-basa-catdi
Oxunma sayı: 646

Xatırlatma üçün qeyd edək ki, bu il oktyabrın 8-i saat 15 radələrində Dənizkənarı Bulvarın Saat qülləsi yaxınlığında 52 yaşlı Eleanora Cəbrayılova özünü dənizə atıb. E.Cəbrayılova dənizdən sağ-salamat çıxarılıb.

Aparılan araşdırmalardan sonra intihara cəhd etmiş qadını özünü öldürməyə vadar edən şok səbəb məlum olub. Eleanora Cəbrayılova ifadəsində deyib ki, bir müddət əvvəl böyrəyini 50 000 dollara Masallı Rayon Telekommunikasiya Qovşağında müdir işləyən Səməd Abıyevə satıb. Lakin üstündən xeyli keçməsinə baxmayaraq, ona çatacaq məbləği ala bilməyib.

Səbail Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, E.Cəbrayılovanın S.Abıyev barəsində verdiyi məlumat sübuta yetirilməyib və cinayət işinə 01.11.2012-ci il tarixli qərarla xitam verilib.