Əhmədinejad Bəşər Əsədə geri çəkilmək təklifi verdi

ehmedinejad-beser-esede-geri-cekilmek-teklifi-verdi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, Mahmud Əhmədinejad suriyalı həmkarına xalqla bir araya gəlib, razılıq əldə edilməsinin vacibliyini çatdırıb. “Liderlə xalq arasında bir problem yarananda hər iki tərəf qarşılıqlı təzyiqlərdən uzaqlaşıb, bu problemi danışıqlar yoluyla həll etməyə çalışmalıdır”, deyən İran prezidenti münaqişəyə çözüm tapmağın gərəkli olduğunu söyləyib.
Əhmədinejadın bu bəyanatının Avropa Birliyinin İranın Suriyaya hərbi dəstək verdiyi üçün sanksiya qərarının ertəsi gün ortaya çıxdığı da diqqəti cəlb edib.