Əhmədinejad müsəlman ölkələrinə müraciət etdi

ehmedinejad-muselman-olkelerine-muraciet-etdi
Oxunma sayı: 659

Əhmədinejad Ramazan ayının başlanması münasibəti ilə müsəlman ölkələrinin rəhbərlərinə və İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə təbrik məktubu göndərib. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər agentliyi məlumat verir.

Təbrik məktubunda Əhmədinejad Ramazan ayının xeyir və bərəkət ayı olduğunu vurğulayıb və ümid edir ki, bu ayda müsəlman xalqları və dövlətləri arasında birlik, əməkdaşlıq daha da artacaq və onların əməkdaşlıqları dünyada həmişəlik sülh və əminamanlığın yayılmasına, xalqların rifahına öz töhfəsini verəcək.

Əhmədinejad Allahdan müsəlman dövlət başçılarına və xalqları üçün müvəffəqiyyət və başı ucalıq diləyib.