Əhmədinejad oğlanlarla qızları ayırmadı

Əhmədinejad oğlanlarla qızları ayırmadı
Oxunma sayı: 129

“Qafqazinfo”nun məlumatına görə, Əhmədinejad qız və oğlanların universitetlərdə ayrı oxumaq məsələsinin gündəmə gətirilməsini və bu istiqamətdə addımlar atılmasını elmilikdən uzaq olduğunu bildirib. O, bu kampaniyanın dayandırılmasını istəyib. Məsələ ilə əlaqədar Elm, Tədqiqat və Texnologiya naziri Kamran Danişcuya məktub göndərən Əhmədinejad bu sözləri yazıb: “Nəticəsi düşünülmədən bəzi universitetlərdə cinsiyyət ayrı-seçkiliyinə cəhd olunur. Bu səthi və elmdən uzaq cəhdin dayandırılması zəruridir”.

Qeyd edək ki, İranda universitetlərdə tələbələrin yüzdə 65 faizini qızlar təşkil edir. Onlar hazırda oğlanlarla birgə təhsil alır.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi