Əhmədinejad saxlanıldı – Şok iddia

ehmedinejad-saxlanildi-sok-iddia
Oxunma sayı: 647

İran prezidenti Mahmud Əhmədinejadın İnqilab Keşikçiləri Kəşfiyyatının rəisi Hüseyn Tayib tərəfindən 7 saat nəzarətdə saxlanıldığı bildirilir.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, CIA-nın “Rza Halili” adlı keçmiş əməkdaşı prezidentin ötən bazarertəsi günü İran Kəşfiyyatının rəisi Tayibin yanına zorla aparıldığını iddia edib.

CIA-nın əməkdaşı iddia edir ki, Əhmədinejat hakimiyyəti sağ qolu saydığı köməkçisi İsfəndiyar Rəhim Meşaiyə təhvil vermək istəyir. Bunun üçün də Meşainin namizədliyinə qarşı çıxan ölkənin ali dini lideri Ayətullah Əli Xamneyini şantaj edir.

Əhmədinejadın Meşainin namizədliyinə etiraz edildiyi halda 2009- cu ildə keçirilən prezident seçkilərində saxtakarlıq edildiyini sübut edən sənədləri ictimaiyyətə açıqlayacağı da bildirilir.

Sənədlərdə isə Əhmədinejadın seçkilərdə 6 milyon səs qazandığı, bu rəqəmin saxta yolla 24 milyon olduğu deyilir.

Tayib 7 saat davam edən sorğu zamanı prezidenti bu sənədləri açıqlamaması üçün təhdid edib.