Əhmədinejad vidalaşdı

ehmedinejad-vidalasdi
Oxunma sayı: 1172


“Media forum” saytının məlumatına görə, Əhmədinejad 8 illik prezidentliyi dövründə hökumətinin gördüyü işlərdən danışaraq müxtəlif sahələrdə yürütdüyü siyasətini müdafiə edəcək.

Son vaxtlar Əhmədinejad hökumətinin son 8 ildə müxtəlif sahələrdə, o sıradan da xarici və iqtisadi sahədə yürütdüyü siyasəti islahatçılarla yanaşı hakimiyyət rəsmilərinin də kəskin tənqidi ilə üz-üzə qalıb.

İyulun 31-də iqtisadçılar və ictimai fəallarla görüşən Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani İran prezidenti Mahmud Əhmədinejad hökumətinin iqtisadi siyasətini kəskin tənqid edib.


Haşimi Rəfsəncani deyib ki, Əhmədinejad hökumətinin iqtisadi sahədəki səriştəsizliyi ucbatından ölkə son 8 ildə 800 milyard dollar itirib: “Əhmədinejadın 8 il prezidentliyi dövründə neft satışından əldə edilən 800 milyard dollar uçub getdi. 1989-cu ildə mən prezident postuna seçiləndə ölkənin valyuta gəliri 8 milyard dollar idi. Buna baxmayaraq hökumət müharibə dağıntılarını aradan qaldıraraq ölkəni yenidən qurmağa başladı.

Son 8 ildə ölkənin neft gəlirlərindən 800 milyard dollar əldə etməsinə baxmayaraq iqtisadi infrastrukturu gücləndirib yenidən bərpa etmək üçün çox fürsət əldən getdi. Bu isə hökumətin iqtisadi sahədə düzgün proqramı olmaması, həmin məbləğin səmərəli xərclənməməsi ilə əlaqədardır”.