Əhmədinejada 74 qamçı vurula bilər - Cəza

ehmedinejada-74-qamci-vurula-biler-ceza
Oxunma sayı: 650

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, prezidenti 74 qamçı zərbəsi və ya 6 ay həbs cəzası gözləyir.

Məlumata görə, dövlət başçısı qaydalara zidd olsa da məsləhətçisi İsfəndiyar Rəhim Məşaini namizəd kimi qeydiyyatdan keçərkən müşayiət edib. Belə bir şikayət İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən edilib.

Qeyd edək ki, Əhmədinejatın özü İranda iki dəfə prezident seçildiyi üçün namizədliyini irəli sürə bilməz. Hazırda bu posta 686 nəfər namizədin olduğu deyilir.