Əhmədinejada yeni vəzifə verildi

ehmedinejada-yeni-vezife-verildi
Oxunma sayı: 3935


İranın ali lideri Ayətullah Seyid Əli Xamneyi sabiq Prezident Mahmud Əhmədinejadı Məşvərət Şurasının üzvü təyin edib. Bu barədə Trend ali liderin rəsmi saytına istinadən məlumat verir.

Xamneyinin sözlərinə görə, Əhmədinejadın 8 illik prezidentliyi dövründə qazandığı təcrübəni nəzərə alaraq bu təyinatı edib.

Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncaninin sədrlik etdiyi Məşvərət Şurası İranın ali liderinin nəzdində məşvərət orqanıdır. Şuranın vəzifəsi Məclis və Konstitusiya Keşikçiləri Şurası arasında münaqişəli vəziyyətləri həll etməkdir.