Əhmədinejat qardaşlıqdan danışdı

ehmedinejat-qardasliqdan-danisdi
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri İran prezidenti Mahmud Əhmədinejat Tacikistanda İran investisiyası əsasında tikilən su elektrik stansiyasının açılış mərasimdə çıxışı zamanı deyib. Tacikistan və İranın ayrılmaz qardaşlar olduğunu deyən İran prezidenti Sanqtudin su elektrik stansiyasının işə salınmasını iki ölkə arasında uğurlu əməkdaşlığın parlaq nümunəsi olduğunu bildirib. İran və Tacikistan dövlət başçılarının görüşündən sonra keçirilən mətbuat konfransında Əhmədinejat ölkəsinin Tacikistanı neftlə təmin etməklə bağlı məsələyə baxdığını bildirib: “İndi tapşırıq verilib ki, ekspertlər bu məsələni araşdırsınlar. Əgər bu sərfəlidirsə, onda biz Tacikistana neft kəmərini çəkəcəyik, əks halda neftin çatdırılmasının başqa üsullarını öyrənəcəyik. Bununla yanaşı, biz Tacikistandan elektrik enerjisinin idxalı üçün elektrik ötürücü xəttinin tikintisinə başlayacağıq".

Səidə