Əhmədinejatdan şok addım - Din dövlətdən ayrıla bilər

ehmedinejatdan-sok-addim-din-dovletden-ayrila-biler
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, Əhmədinejat din və dövlət işlərini bir-birindən ayırmaq niyyətindədir. “The Times” nəşri İran prezidentinin sağ qolu olan İsfəndiyar Rahim Meşainin namizədliyinin qəbul edilməyəcəyi təqdirdə Əhmədinejatın Xameneyinin nəzarətində olan İslam İnqilab Şurasının seçimlərinə mane olacağını yazıb.

Əhmədinejatla Meşai Xameneyiyə qarşı başlatdıqları mübarizədə dini liderlərin siyasətdəki təsir güclərini azaltmaq, bunun üçün də konstitusiyada dəyişikliklər etməyi planlaşdırırlar. Toplantıda Meşai din və dövlətin ayrılmasını dəstəkləyib.

Qeyd edək ki, Xameneyi ilə Əhmədinejat arasındakı çəkişmə bir müddətdir ki, davam edir. Belə ki, məclisdə ölkə prezidenti əlində parlament sədri Laricaninin qardaşının rüşvət aldığını göstərən faktların olduğunu bildirmiş, Laricani isə Əhmədinejatın mafiya üzvləri kimi davranmaqda ittiham edərək onu Məclisdən qovmuşdu. Məclis sədri Laricaninin isə ölkənin ali dini lideri ilə yaxınlığınını olması Əhmədinejatın Xameneyiyə qarşı növbəti zərbəsi kimi qiymətləndirilir.