Əhmədinejatın məktubu: “Prezidentə böhtan atılırsa…”

ehmedinejatin-mektubu-prezidente-bohtan-atilirsa
Oxunma sayı: 645

SalamNews-un 'FarsNews'a istinadən verdiyi xəbərə görə, məktubda deyilir: "Üzərinə "tam məxfi" möhürü vurduğunuz məktubu oxudum və bir daha əmin oldum ki, vəzifənizi düz icra etmirsiniz. Çünki burada xalqdan gizlədiləcək heç nə yoxdur. Xatırlatmaq istəyirəm ki, İran İslam Respublikası Konstitusiyasına əsasən, prezident rəhbərdən sonra ən yüksək məqamdır və qanunların icrasına görə bilavasitə məsuliyyət daşıyır. Yazmısınız ki, ölkədə iqtisadi problemlər olduğu halda mənim Evin zindanına baş çəkməyim məsləhət deyil. Məncə məhz iqtisadi problemlərin həll olunması üçün, ilk növbədə, iqtisadi cinayətlərlə necə mücadilə edildiyinə baxmaq lazımdir".

Məktubun başqa bir bəndində yazılır: “Siz, həbsxanaya getmək üçün Ali Məhkəmədən icazə almalı olduğumu, indiki şəraitdə bunun məsləhət olmadığını, mənim yaxınlarımdan birinin (yəgin ki, muşavirim Cavanfekri nəzərdə tutursuz) həbsxanada olduğu üçün ora getməyimin siyasi addım olacağını və "cinayətkara himayə" kimi başa düşüləcəyini yazırsınız..

Hansı əsasla qanunun icrasına siyasi şərh verirsiniz? Siz şəxsi rəyinizə əsasən hökm edə bilərsinizmi?

Mənə çox rahatlıqla "cinayətkara himayə" ittihamı atırsınız. Düzdür, mən Cavanfekre çıxarılmış hökmü ədalətsizlik kimi qəbul edirəm, amma o artıq cəzalandırılıb və həbsxanadadır. Düşünürəm ki, bu ölkənin prezidentinə böhtan atılırsa, Allahdan başqa köməyi olmayan xalqın amanda olduğunu təsəvvür etmək olmur.

Nəhayət, bildirmək istəyirəm ki, qanun əsasında mütləq həbsxanaya və bəzi məhkəmələrə baş çəkib qanunun necə tətbiq olunduğunu görüb, ali məqamlı rəhbərə və böyük xalqımıza çatdıracağam.

Xatirladaq ki, M.Əhmədinejad daha əvvəl həbsxanaya baş çəkmək istədiyini bildirmişdi. Ali Məhkəmənin sədri, ölkənin baş qazisi ayətullah Sadiq Laricani bu ziyarəti məsləhət olmadığını demişdi.