Əhmədlidə işıq üsyanı

ehmedlide-isiq-usyani
Oxunma sayı: 655

Bu barədə modern.az məlumat verən küçə sakini Zakir Hüseynov bildirib ki, dünən axşam sakinlər Əhmədli kəndində yerləşən “Bakıelektrikşəbəkənin” Xətai idarəsinə müraciət ediblər: “Orda oturanlar camaatı adam yerinə qoymadılar. Dedilər gedin işıq yanacaq. Amma elektrik enerjisi verilmir. İki gündür qaz da yoxdur. Elektrik enerjisi olmayanda istilik sistemi də işləmir. Belə biabırçılıq olmaz. Evdə uşaqlar, xanımlar, qocalar var. Hamısı soyuqdan qırılırlar”. Zakir Hüseynov sakinlərdən 100 nəfərin Xətai rayonu rəhbərlərindən Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya şikayət etdiklərini bildirib. Bu gün sakinlər aksiya keçirməyi də planlayırlar: “Bu laqeydlik, məsuliyyətsizlik davam edərsə, sakinlər bu gün Ukrayna meydanına gedib bir neçə istiqamətdə yolu bağlayacaqlar”.