Əhmədnejad Ermənistanda səfərdədir

ehmednejad-ermenistanda-seferdedir
Oxunma sayı: 641

Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər verib.

Əhmədinejad artıq Ermənistan Prezidenti ilə görüşüb. Onlar regional və beynəlxalq siyasət məsələlərini müzakirə ediblər.
Görüş Ermənistan Prezidentinin iqamətgahında keçirilib.

Əhmədinejadın Ermənistana rəsmi səfəri cəmi bir gün davam edəcək. Bu müddət ərzində İslam Respublikasının Prezidenti Ermənistanın Baş naziri və parlamentinin spikeri ilə görüşəcək.

Tərəflər yol tikintisi, o cümlədən avtomobil və dəmir yolu nəqliyyatı, eləcə də İrandan Ermənistana neft məhsullarının tranzitini müzakirə ediblər.

İranla Ermənistan arasında mal dövriyyəsi 2010-cu ildəki 270 milyondan dollardan 2011-ci ildə 300 milyon dollar olub.

Bu, Əhmədinejadın Ermənistana 2007-ci ildən sonra ilk səfəridir.