Əhmədnejad Xameneinin 390 milyon dollarını blok etdi

ehmednejad-xameneinin-390-milyon-dollarini-blok-etdi
Oxunma sayı: 657

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Xamenei tərəfdarları isə bunu “qəsb” kimi xarakterizə ediblər. Prezidentin mətbuat xidməti isə pulun Qum şəhərinə qısa məsafə olduğundan nə üçün bu qədər çox pulun lazım olduğunu Xameneidən soruşmaq məqsədilə blok olunduğunu deyib. Şiə məzhəbi üçün müqəddəs sayılan Qum şəhəri Tehrandan təxminən 150 kilometr məsafədə yerləşir.

Qeyd edək ki, dini liderlə prezident arasında gərginlik aprel ayında kəşfiyyat nazirinin istefası ilə başlayıb. Belə ki, nazirin istefasını Əhmədinejad qəbul etdiyi halda, Xamenei nazirin vəzifəsində qalmasını istəmişdi. Dini lider bazar günü dövlət televiziyasına verdiyi açıqlamada isə Əhmədinejad ilə aralarında gərginlik olmadığını söyləyib.

Nərgiz Ehlamqızı