“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin- - Bəyanatı

ehtiyatda-ve-istefada-olan-zabitler-ictimai-birliyinin-
Oxunma sayı: 2077



Təəccübümüzə səbəb doğuran əsaslar ondan ibarətdir ki, Müdafiə naziri vəzifəsini tutduğu 19 il ərzində “Səfər Əbiyev hərbçilərin və onların ailələrinin hüquqlarını pozan, onlara küllü miqdarda maddi ziyan vurulması ilə nəticələnən qərarlar qəbul edib və Azərbaycan Respublikasının Konstitusiyanın, qüvvədə olan digər qanunların tələblərinə zidd olan əmrlər imzalayıb.

Səfər Əbiyev hərbçilərin xeyrinə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini uzun illər ərzində icra etməkdən imtina edir, hətta Avropa İnsan Haqları Məhkəməsi tərəfindən məhkəmə qətnamələrinin icra edilməsinə dair çıxarılmış qərarlara açıq-aşkar hörmətsizlik nümayiş etdirərək, onların yerinə yetirilməsinə maneçilik törədir.
Biz bu məsələləri dəfələrlə geniş şəkildə ictimailəşdirmişik və bu problemlərin həll olunmasına köməklik göstərilməsi məqsədilə ABŞ səfirliyinə də müraciətlər etmişik. Buna baxmayaraq, bu günə qədər həmin problemlər nəinki oz həllini tapmayıb, əksinə S.Əbiyev vəzifəsindən sui-istifadə edərək digər yeni-yeni qanunsuz hərəkətlərə yol verib, onun fəaliyytinə tənqidi yanaşan hərbi ekspertlərə, ictimai birliklərə, jurnalistlərə, KİV-lərə qarşı əsl səlib müharibəsi elan edərək, onlara müxtəlif mənəvi, psixoloji, fiziki təziq və təsirlər təşkil edib. Onun bu qanuna zidd hərəkətləri bu gün də davam edir.

Hesab edirik ki, ABŞ kimi demokratik və hüququi dövlət tərəfindən öz ölkəsinin qanunlarına hörmətsizlik edən, tabeliyində olanların haqqını kəsən, vətəndaşların hüquqlarını kobud şəkildə pozan, ictimai rəylə hesablaşmaq istəməyən məmura qarşı adekvat münasibət sərgilənməlidir.

Bütün yuxarıda göstərilənlərlə əlaqədar olaraq tələb edirik:

1) Azərbaycan Respublikasının Müdafiə naziri vəzifəsini tutan general-polkovnik Əbiyev Səfər Axundbala oğlunun ABŞ səfəri dərhal dayandırılsın.

2) ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən bu məsələyə aydınlıq gətirilsin.