Ehud Barak Azərbaycana gəlir

ehud-barak-azerbaycana-gelir
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, bu tədbir o cümlədən İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq Direktoru cənab Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır.

2005-ci ildə İsrailin Ynet xəbər agentliyinin apardığı sorğu nəticəsində dünyanın mövcud olmuş ən nüfüzlü 200 Yəhudisindən biri seçilmişdir. O cümlədən Ehud Barak Fələstinlə sülh danışıqlarında Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən yeganə İsrail Baş naziri kimidə tanınır.

Birinci Cənubi Qafqaz Forumu Əlahəzrət Kraliça Nur, İsrailin sabiq Baş Naziri Ehud Barak, Yunanıstanın sabiq Xarici İşlər Naziri Dora Bakoyannis, YUNESKO-nun ən nüfuzlu direktoru olmuş Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru cənab İsmayıl Seragəldin, Latviyanın sabiq Prezidentləri xanım Vaira Vike-Freiberga, Valdis Zatlers, Türkiyənin sabiq Prezidenti cənab Sülyeman Dəmirəl, Finlandiyanın sabiq Prezidenti xanım Tarja Halonen, Mavritaniya, Boliviya, Argentina, Kosta Rika, Litva, Nigeriya, CAR, Portuqaliya, Meksika və ümümiyyətlə 50-yə yaxın ölkənin regional və dünya miqyasında tanınan liderləri təmsil olunacaqlar.

Forum Beynəlxalq Chatham Evinin qanunlari ilə nizamlanılır.