“Əjdaha” konsert baş tutdu - - Fotolar

ejdaha-konsert-bas-tutdu-
Oxunma sayı: 1390


“Qafqazinfo”nun məlumatına görə, təşkilatçı Nahid Emiloğlunun təşkilatı dəstəyi ilə gerçəkləşən konserti aparıcı Zaur Nəbioğlu açıq elan edib. 

Daha sonra gecəyə gələn qonaqları salamlayan aparıcı öz yerini “Dövlət rəqs ansamblı”na verdi. Daha sonra alqışlar sədası ilə səhnəyə müğənni Nadir Qafarzadə daxil olub. İfasına “Gözəldir” mahnısı ilə start verən müğənni gecədəki ilk ifasını bitirdikdən sonra, konsertə gələn qonaqlara “Gəldiyinizə görə var olun. Hər bir tamaşaçıma minnətdarlığımı bildirirəm”- sözlərini bildirdikdən sonra, “Mənə söz ver”, “Durnalar”, “Nazəndə sevgilim”, “Eşqimə şahid zaman”, “Gəl barışaq”, “Pardon”, “Dinlə məni sevgilim”, “Sən mələksən” kimi sevilən mahnıları ifa edib. Müğənni daha sonra son günlər Ayan Babakişiyeva ilə ən çox səslənən hit mahnısı olan “Sənin üçün” duetlərini ifa etmək üçün həmkarını səhnəyə dəvət edib. 

Ayanla duetlərini təqdim edən N.Qafarzadə konsertin bitməsinə yaxın “Youtube” kanalında 4 mindən artıq baxış sayı olan “Maral” mahnısını ifa etmək üçün rəqqasə Fatimə Fətəliyevanı dəvət etdi. Tamaşaçıların alqışı və Fatimənin rəqsi ilə “Maral”ı təqdim edən müğənni Milli Qəhrəman Mübariz İbrahimova həsr olunan mahnı ifa edib. İfaçının gecəni “Azərbaycan” mahnısı tamaşaçılar ayaq üstə alqışlayıblar. Elə alqışlar sədası ilə də müğənni konsertini başa vurub.

Xatırladaq ki, bu ilin sentyabrında “Yaşıl” teatrda baş tutan digər konsertlərdən fərqli olaraq, Nadir Qafarzadənin “Sən mələksən” adlı gecəsi tamaşaçılarla tam dolub.

Qeyd edək ki, N.Qafarzadəni “Sən mələksən” adlı mahnısında rəqqas Aleksandr və rəqqasə Svetlana, digər kompazisyalarında isə “Can ss”, “Talant” rəqs qrupları, müşayiət edib.

Könül