“Əjdahalar anası” getdi - Qisas alındı

ejdahalar-anasi-getdi
Oxunma sayı: 8533

Ötən gün “Maşın” realiti şousundan “Əjdahalar anası” sayılan əməkdar artist Mehriban Xanlarova  gedib. “Qafqazinfo” xəbər verir ki, onu yarışmadan səsverməyə çıxan Elşad Xose kənarlaşdırıb. 

Ən çox şəkli atılan reper proqramın ilk dəqiqələrindən mübarizəni Xanlarova ilə aparacağını söyləyib:

“Mənə səs göndərin ki, Raufun səhvini düzəldim. Mən Mehriban xanımla savaşacam. O, qadınlar təşkilatının başçısıdır. Onu çıxarsam çox iştirakçı mənə “sağ ol” deyəcək”. 

Xanlarova isə Elşadı düzgün oyun aparmamaqda ittiham edib:

“Göz yaşlarım quruyub, yenə ağlamaq istəmirəm. Tamaşaçılar səhv başa düşəcək. Elşad demişdi ki, xanımlara əl vurmayacaq. Hamı deyir ki, anam mənə baxır. Ona lal dilində sözlərimi demək istəyirəm. Dünəndən hədəf mənəm, ağlayıram. Anamı rayona, qızımın yanına aparmışam. Anamın simasında bütün nitq qüsurlu insanlardan dəstək gözləyirəm”. 

Xose sonda səs toplayıb və Raufun qisasını alaraq Xanlarovanı “Maşın”dan uzaqlaşdırıb:

""Master Klass" başladı. Xanımlardan kim Mehribanın yerinə getmək istəyir?. Amma qalın. Mehriban xanım, gedin".