Əkin sahəsində işləyərkən ilan sancdı

ekin-sahesinde-isleyerken-ilan-sancdi
Oxunma sayı: 688

Goranboy sakinini ilan sancıb.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini İntiqam Əsgərov əkin sahəsində işləyərkən ilan onu əlindən sancıb. 

O, xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.