Əkiz uşaq böyüdən dünya ulduzları - Fotolar

ekiz-usaq-boyuden-dunya-ulduzlari
Oxunma sayı: 3591

Son zamanlar dünya ulduzları arasında əkiz övlad dünyaya gətirmək "dəb halını alıb". 

"Qafqazinfo" əkiz uşaq böyüdən məşhurları təqdim edir: 

Müğənni Beyons və reper Cey Zi

2008-ci ildən ailəlidirlər. Blu Ayvi adlı qızları, Sera və Rumi adlı əkizləri var (2017-ci ildə doğulublar).

Knyaz II Alber və Şarlen Uittstok

2011-ci ildən ailəlidirlər. Jak və Qabriell adlı əkizləri böyüdürlər (2014-cü ildə doğulublar)

Alla Puqaçova və Maksim Qalkin 

2011-ci ildən ailəlidirlər. 2013-cü ildə surroqat ana vasitəsilə dünyaya gələn Liza və Harri adlı əkiz uşaqları böyüdürlər. 

Müğənni Cennifer Lopez və Mark Antoni 

2011-ci ildə ayrılıblar. 2008-ci ildə doğulmuş Maks və Emmi adlı əkizləri var. 

Aktrisa Ancelina Coli və Bred Pitt

2016-cı ildə ayrılıblar. 2008-ci ildə doğulmuş Noks və Vivyen adlı əkizləri var. Cütlüyün eyni zamanda bir qızı və övladlığa götürdüyü daha 3 övladı var. 

Aktrisa Culiya Roberts və Deniel Moder

2002-ci ildən ailəlidirlər. Xezel və Finneas (2004-cü ildə doğulublar) adlı əkizləri, Henri adlı oğulları var. 

Meray Keri və Nik Kennon 

2016-cı ildə boşanıblar. Bu nikahdan 2011-ci ildə Monro və Morokkan adlı əkiz övladları dünyaya gəlib. 

Aktyor Çak Norris və О’Kelli 

1998-ci ildən ailəlidirlər. Denili və Dakot adl əkiz övladları var (2001-ci ildə anadan olublar). Aktyorun ilk evliliyindən 3 övladı da var.

Müğənni Enriki İqlesias və Anna Kurnikova 

2002-ci ildən birlikdədirlər. Cütlüyün ötən il Nikolas və Lüsi adlı əkizləri doğulub.