“Əkizlər doğulandan stress yaşayıram”

ekizler-dogulandan-stress-yasayiram
Oxunma sayı: 1866

“Heç bir əməliyyat etdirməmişəm, etsəm deyərəm. Hamiləlik dövrümdə,  sentyabra qədər 80 kiloqram idim”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova instaqram səhifəsində yazıb. O, fotosunu da paylaşaraq arıqlamağının sirrini açıqlayıb. Rəqsanə hələ də, yeni doğulan əkizlərinə süd vermədiyini qeyd edib:

“Uşaqlar dünyaya gəldiyi gündən stress yaşayıram, yemirəm. Bəzi dərmanlar qəbul edirəm ki, ona görə yeməliyəm. Soruşursuz, uşaqlara süd verirəm? Vermirəm, çünki uşaqlarım dünyaya gələndən reanimasiyada, küvəzin altında qaldılar. Onlar qidanı burunlarından zont vasitəsilə qəbul edirlər”.