Əkizlər Türkiyədə klip çəkəcək

ekizler-turkiyede-klip-cekecek
Oxunma sayı: 916


“Oktyabrın 30-u Türkiyəyə gedirik, orada söz və musiqisi Tural Bayraməliyevə məxsus mahnıya klip çəkdirəcəyik. Bəstəyə Nazim ekran həyatı verəcək. Geyimlərimiz, məkanlar seçilib. Bizi görmədiyiniz stildə görəcəksiniz. Mahnı həm pop, həm rok janrındadı. Noyabrın 11-i doğum günümüzdür, həm klipimizi təqdim edəcəyik, həm də doğum günümüzü möhtəşəm qeyd edəcəyik.  Mahnı fərqli aranjeman edilib. “Ürəyim”i Sibel Canın orkestrı arenjeman etmişdi, bu bəstənin üzərində isə müxtəlif orkestrların ən yaxşıları işləyib.  Sibel Canın, Tarkanın orkestrlarının ən yaxşı musiqiçiləri çalışıb. Qiymət açıqlamağı sevmirik, onu deyə bilərik ki, bahalı layihə oldu və səbrsizliklə gözləyirik”.  

Könül