Ekologiya və Təbii Sərvətlər Nazirliyi yenə də fərqləndi

ekologiya-ve-tebii-servetler-nazirliyi-yene-de-ferqlendi
Oxunma sayı: 903


“Qafqazinfo” xəbər verir ki, daima jurnalistlərlə əməkdaşlığına görə fərqlənən və qələm əhlini hər zaman diqqətində saxlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu dəfə də ənənəsinə sadiq olub. Belə ki, ETSN-in təşkilatçılığı ilə paytaxtda yerləşən restoranların birində media nümayəndələri üçün ziyafət təşkil olunub. 

Tədbirə adıçəkilən nazirliklə işləyən jurnalistlər dəvət edilib. Səmimi mühitdə keçən ziyafətdə qələm əhli əylənib, jurnalistlərə nazirliyin adından mətbuat xidmətinin rəhbəri İradə İbrahimova müxtəlif hədiyyələr təqdim edib.