“Ekoloji fəlakət ehtimalı böyükdür” – Leyla Əliyeva

ekoloji-felaket-ehtimali-boyukdur-leyla-eliyeva
Oxunma sayı: 745

Aprelin 7-də Bakıda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin “Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış” mövzusunda beynəlxalq forumun rəsmi açılışı olub. “Qafqazinfo” “AzərTac”a istinadən xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Forumdan əvvəl Leyla Əliyeva “JW Marriott Absheron” otelinin qarşısında səyyar kitabxananın rəmzi açılışını bildirən lenti kəsib və “Gəzən kitabxana” ilə tanış olub. Bildirilib ki, bu layihə bir il davam edəcək və ölkəmizin 15 regionunu əhatə edəcəkdir. On min kitab və beş min elektron nəşrin olduğu kitabxana səyyar fəaliyyət göstərəcək və kitabsevərlər nəşrləri pulsuz əldə edəcəklər.

Mərasimdə çıxış edən Leyla Əliyeva ətraf mühitin qorunub saxlanması üçün görülən tədbirlərdən, həmçinin “IDEA” Beynəlxalq Kampaniyasının fəaliyyətindən danışıb. O, təbii ehtiyatların tükənməsi məsələsindən də söz açıb: “Elə problemlər var ki, onları qlobal səviyyədə həll etmək lazımdır. Lakin onların həlli üçün ümumi dəyərlər işlənib hazırlanmalıdır. Hazırda inkişafda olan iqtisadiyyatların əksəriyyəti təbii ehtiyatların tükənən olduğunu nəzərə almır. Nəticədə gələcəkdə qlobal ekoloji fəlakət ehtimalı böyükdür. Məhz buna görə də ekoloji təhsil və maarifləndirmənin hələ orta və ali məktəb auditoriyalarından başlanması məsələsi hazırda kəskin şəkildə qarşıda durur.”