Ekoloji tələblərinin pozulmasına görə cərimələr artır

ekoloji-teleblerinin-pozulmasina-gore-cerimeler-artir
Oxunma sayı: 669

Bu barədə “Qafqazinfo”ya ETSN-dən məlumat veriblər. Məlumatda qeyd olunur ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 135 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 54 müddətli məcburi göstəriş verilib.

Ümumiyyətlə, 29 iş üzrə 73600 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 27 iş üzrə 382020.27 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 163 iş üzrə 38602.63 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 7, məhkəməyə 1, icra qurumlarına isə 20 iş göndərilib.