Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün sərgi

ekoloji-veziyyetin-yaxsilasdirilmasi-ucun-sergi
Oxunma sayı: 1515

“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə sahəsində görülmüş işlər nümayiş etdirilir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərgidə aşağıdakı stendləri nümayiş etdirir:

Meşə ilə örtülü ərazilərin artırılması;
Aqromeşə massivləri;
Əkin materiallarının yetişdirilməsi;
Bioloji müxtəlifliyin mühafizəsi;
Ekoturizmin inkişafı;
Yaşıllaşdırma layihələri;
Xəzər dənizi hövzəsinə buraxılmış qiymətli balıq növləri;
Ekoloji monitorinq sistemi;
Geoloji kəşfiyyat xidməti;
Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsi;
Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının  yaxşılaşdırılması;
Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi;
Geodeziya və kartoqrafiya;
Hidrometeoroloji müşahidə sisteminin modernləşdirilməsi.
Eyni zamanda sərgi salonunda ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilmiş fəaliyyətləri əks etdirən fotoslaydlar, videoçarxlar, həmçinin ölkənin müxtəlif ərazilərində, xüsusilə yüksək dağlıq ərazilərdə fəaliyyət göstərən müşahidə sistemlərinin onlayn görüntüləri yayımlanır.