Əkrəm Əylisli Azərbaycandan getdi - Açıqlama

ekrem-eylisli-azerbaycandan-getdi-aciqlama
Oxunma sayı: 805

Məlumat üçün bildirək ki, AZNEWS.AZ olaraq iki gündür, yazıçının həm mobil, həm də ev telefonuna ardıcıl olaraq zəng edirik. Amma yazıçının mobil telefonu bağlıdır, ev telefonuna isə oğlu cavab verir va yalnız bu sözləri deyir: “Əkrəm müəllim yoxdur”.

Bu gün isə təkrarən yazıçının ev telefonuna zəng etdik. Yazıçının oğlu bildirildi ki, Ə.Əylisli hələ bir neçə gün də evdə olmayacaq: “Əkrəm müəllim hazırda yoxdur və bir neçə gün olmayacaq”.

Yazıçının hansı məqsədlə ölkədən getdiyi haqda isə hər hansı məlumat yoxdur. Amma mənbənin sözlərinə inansaq, yazıçının bu səfəri xarici dövlətlərin birində özünə sığnacaq tapmaq məqsədi daşıyır.

Xatırladaq ki, yazıçı “Daş yuxular” əsəri ilə böyük iştimai qınağa tuş gəlib. Hətta prezident bu əsərinə görə ona verilmiş “Xalq yazıçısı” titulunu da geri alıb.