Əkrəm Əylislinin “Daş yuxular”ı - Erməni dilində

ekrem-eylislinin-das-yuxulari-ermeni-dilinde
Oxunma sayı: 805

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, “Nork” nəşriyyatında çap olunan əsər Leonid Zulfüqaryan tərəfindən erməni dilinə tərcümə edilib. Tərcüməçinin fikrincə , kitabın ən uğurlu hissəsi müəllifin doğulduğu Əylisli-Aqulisə həsr olunan bölümüdür: “Göründüyü kimi sadəcə tolerantlığa çağırış Azərbaycanda belə səs-küy yaratdı. Bu kitaba,xüsusən də Ermənistanda olan maraq Azərbaycanda qaldırılan səs-küyə bərabərdir. Roman misilsizdir, ona görə yox ki, Azərbaycanda bu məsələlər heç vaxt qaldırılmayıb, ona görə ki, məsələni bu səviyyədə, belə məşhurluq pilləsində olan yazıçı qaldırıb”.

Qeyd edək ki, Əkrəm Əylislinin “Daş yuxular” romanı Moskvada ötən ilin sonlarında“Drujba narodov” jurnalında nəşr ediləndən sonra əsər Azərbaycanda böyük səs-küyə səbəb olmuşdu.