Eks-arvadı ilə indiki sevgilisi bir arada - Foto

eks-arvadi-ile-indiki-sevgilisi-bir-arada
Oxunma sayı: 2877

Məşhur model Miranda Kerr və müğənni Katy Perrinin eyni kadrda yer alması maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, Kerrin qurucusu olduğu “KORA Organics” şirkətinin təqdimatında bir araya gələn gözəllər çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşaraq bir-birlərinə təşəkkür edib.

Məşhur aktyor Orlando Blumun eks-həyat yoldaşı olan Kerrlə indiki sevgilisi Perrinin bu yaxınlığı izləyicilər tərəfindən maraqla qarşılanıb.