Eks-arvadının aktyorla sevgili olmasından danışdı

eks-arvadinin-aktyorla-sevgili-olmasindan-danisdi
Oxunma sayı: 2632

Türkiyənin məşhur müğənnisi Rafet El Roman keçmiş xanımı Ceren Kaplakarslanın aktyor Tamer Karadağlı ilə sevgili olması xəbərinə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, pop ifaçısı ötən gün mövzu ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb. O, eks-həyat yoldaşına xoşbəxtlik arzu edib:

“Hamı xoşbəxt olsun. Mən ayrılsam da, keçmiş xanımların rahat olmasını istəyirəm. Başqa şərh verə bilmərəm”. 

Qeyd edək ki, C.Kaplakarslan 2014-cü ildə özündən 20 yaş böyük Rafetlə ailə qurmuşdu. O, ana olmaq istədiyini, lakinin həyat yoldaşının bunu qəbul etməməsindən sonra 2016-cı ildə boşanmışdı.

T.Karadağlı isə 2002-2007-ci illərdə Arzu Balkanla evli olub. Aktyorun bu evlilikdən bir qızı var.