Eks-arvadıyla 3 oğlunu öldürüb, azyaşlıların orqanlarını çıxardı - Rusiyada dəhşətli qətl

eks-arvadiyla-3-oglunu-oldurub-azyaslilarin-orqanlarini-cixardi
Oxunma sayı: 2116

Rusiyada bu ilin aprelində baş verən dəhşətli cinayətin təfərrüatları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, qətl bu ilin aprelinde Ryazan vilayətində baş verib. 1986-cı ilə təvəllüdlü kişi 1983-cü ildən olan eks-həyat yoldaşını və 2003, 2005, 2013-cü ildən olan üç oğlunu xüsusi qəddarlıqla qətlə yetirib. Uşaqlardan biri cütlüyün ortaq övladları olub.

Məlum olub ki, kişi əvvəlcə keçmiş həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra azyaşlıları qətlə yetirib. Uşaqlardan ikisinin isə daxili orqanlarını çıxarıb. Orqanlarını çıxardığı uşaqlardan biri onun doğma övladı olub. 

Əvvəlcə qatil Vladimir. Q həbs olunsa da, daha sonra ekspertiza kişinin ruhi xəstə olduğuna qərar verib.