Eks-deputat vaxt istədi

eks-deputat-vaxt-istedi
Oxunma sayı: 644

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə vəkillər müdafiə çıxışı ediblər.

D.Xəlilovun vəkili deyib ki, ittihamları qəbul etmirlər: “Müvəkkilim Beynəlxalq Bank işi üzrə bildiklərini ibtidai istintaq və məhkəmə istintaqı dövründə arayışlar şəklində məhkəməyə təqdim edib. Pulların çıxarılmasında bankın rəhbərlərinin imzası olub, amma ittiham yalnız Dünyamin Xəlilova qarşı verilib.Ona bəraət verilməlidir”.

Digər təqsirləndirilən şəxslərin vəkilləri də müdafiə etdikləri şəxs barəsində bəraət hökmü verilməsini istəyiblər.

D.Xəlilov son söz demək üçün vaxt istəyib.

Məhkəmə prosesi iyulun 24-də davam etdiriləcək.

Qeyd edək ki, ötən iclasda dövlət ittihamçısı çıxış edərək Dünyamin Xəlilovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Murad Əhməd