“Əks halda Qurana hörmətsizlik olur” - - Şeyx

eks-halda-qurana-hormetsizlik-olur-
Oxunma sayı: 1380


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Şeyxülislam Allahşükür Paşazadə yas çadrlarından və mollaların yasda iştirakından danışarkən deyib. O bildirib ki, mollalar saat yarım-iki saat oturub, Quran oxuduqdan sonra məclisi tərk etməlidir: “Quran oxuyub baş sağlığı verib getsin. Gələn adam baş sağlığı versin. Çünki əks halda Qurana hörmətsizlik olur. İnsanlara deyiblər ki, fatihəsiz durmaq olmaz, fatihəsiz oturmaq olmaz”. 

Şeyx vurğulayıb ki, bu kommunist rejimin gətirdiyi qadağalardan qaynaqlanır ki, ondan hələ qurtula bilmirik: “Təkmiləşdirmə kursları da ona görə başlayır ki, camaatı yavaş-yavaş başa salaq, tətbiq edək . Paltar lazım olsaydı, Məkkədə, Kəbədə geyərdilər, qəbr evinə gedəndə geyərdilər. Amma hər halda axundlar, əfəndilər öz paltarları ilə seçiliblər, buna da hörmət etmək lazmdır”.