Eks-kralla ailə quracaq yeni namizəd tapıldı - Rus modelin əvəzinə

eks-kralla-aile-quracaq-yeni-namized-tapildi
Oxunma sayı: 3230

Malayziyanın eks-kralı V Məhəmməd və Rusiya modeli, “Miss Moskva-2015” titulunun sahibi Oksana Voyevodinanın ayrılmalarının təfərrüatları məlum olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Daily Mail” nəşri yazıb.

Belə ki, rus modelə görə kral titulundan imtina edən V Məhəmməd yenidən ailə həyatı qura bilər. Kral ailəsinə yaxın olan şəxslərdən biri nəşrə bunları danışıb:

“Oksana Voyevodina əvvəldən kralla ailə quracaq uğursuz namizəd hesab olunurdu, çünki o, onun çevrəsinin qadını deyildi.  Lakin o, heç nəyə baxmayaraq, onunla ailə qurmaqda qətiyyətli idi. Daha sonra kralın qohumları və hakimiyyət nümayəndələri onu taxt-tacdan imtina etməyə məcbur etdi. İndi isə onlar onun üçün daha uyğun gəlin tapıb və onu yeni, adətlərə uyğun toy etməyə təkid edirlər”.

Xatırladaq ki, KİV-də V Məhəmməd və Oksana Voyevodinanın bu ilin iyununda rəsmi şəkildə boşanmaları haqda məlumat yayılsa da, sonuncunun rəsmi nümayəndələri bunu inkar edir. Hazırda Voyevodina iki aylıq oğlu ilə Moksva ətrafında yaşayır.

Qeyd edək ki, Oksana ailə həyatı qurduqdan sonra İslam dinini qəbul edib və özünə yeni – Rihana adını götürüb. Körpə həm Oksananın, həm də V Məhəmmədin ilk övladıdır. Kral daha əvvəl ailəli olsa da, övlad sahibi olmamışdı.