Eks-nazir evində ölü tapıldı - Cinayət işi açıldı

eks-nazir-evinde-olu-tapildi
Oxunma sayı: 6073

Gürcüstanın keçmiş mədəniyyət naziri Nikoloz Rurua Tbilisidə dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Ruruanın şəxsi mənzilində ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Nikoloz Rurua 2008-2012-ci illərdə nazir postunu tutub.