Eks-prezident azadlığa çıxdı

Eks-prezident azadlığa çıxdı
Oxunma sayı: 823

ABŞ-da sabiq FİFA məmurlarının korrupsiya işi ilə əlaqədar məhkəmə davam edir.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, 40-dan çox şəxsin cinayət işinə baxan Nyu-York məhkəməsi Peru Futbol Federasiyasının eks prezidenti Manuel Burqaya bəraət verib.

60 yaşlı funksioner təhdid və şantaj yolu ilə pul tələb etməkdə ittiham olunurdu.

Məhkəmə Braziliya Futbol Federasiyasının sabiq prezidenti Joze Mariya Marin və COMNEBOL-un eks prezidenti Xuan Anhel Naputun da işinə baxır. Onların üzərində “çirkli pulların yuyulması”, şantajla pul əldə etmə, transfer saxtakarlığı ittihamı var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi