Eks-prezident Corc Buşun arvadı öldü

eks-prezident-corc-busun-arvadi-oldu
Oxunma sayı: 1378

ABŞ-ın sabiq prezidenti böyük Corc Buşun həyat yoldaşı Barbara Buş dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Buş ailəsinin rəsmi nümayəndəsi Cim Makqrat tvitter hesabında yazıb.

Qeyd edilir ki, 92 yaşlı B.Buş dünən səhər saatlarında ölüb. Makqrat qeyd edib ki, keçmiş birinci ledinin dəfn ediləcəyi gün tezliklə açıqlanacaq. 

Aysel Kərimova