Eks-prezident “persona non qrata” oldu

Eks-prezident “persona non qrata” oldu
Oxunma sayı: 56

Venesuela Meksikanın sabiq prezidenti Visente Foksu "persona non-qrata" (arzuolunmaz şəxs) elan edib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, qərarı Venesuelanın Xarici işlər naziri Samuel Monkada elan edib. Onun sözlərinə görə, Foks Venesuelada prezident Nikolas Maduronun siyasətinə qarşı xalq referendumu keçirilməsinin əsas dəstəkçisidir.

XİN rəhbəri  öz tvitterində “Venesuelanın Xarici işlər naziri kimi Visente Foksu persona non-qrata elan edirəm. O, xalqımızı təhqir edərək qonaqpərvərliyindən sui-istifadə edib. Foks Venesuelaya zorakılığı təbliğ etmək üçün gəlib”,- yazıb.

Nazir onu da qeyd edib ki, V.Foks artıq Venesuela ərazisində deyil və bu ölkəyə heç vaxt qayıda bilməyəcək.

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi