Eks-prezidentin həbs müddəti uzadılıb

eks-prezidentin-hebs-muddeti-uzadilib
Oxunma sayı: 1453

Qırğızıstan məhkəməsi keçmiş Prezident Almazbek Atambayevin həbs müddətini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Sergey Slesarev “RİA Novosti”yə bildirib. Onun sözlərinə görə, Atambayev 26 oktyabradək həbsdə qalacaq. Vəkil qeyd edib ki, sabiq Prezident bu qərarı qanunsuz hesab edir və bununla bağlı şikayət veriləcək.

Xatırladaq ki, daha əvvəl məhkəmə Almazbek Atambayevin avqustun 26-sına qədər həbsdə qalacağına qərar vermişdi.

Aysel Kərimova