Eks-xanımı Mustafaya 2 ay yaxınlaşa bilməyəcək

eks-xanimi-mustafaya-2-ay-yaxinlasa-bilmeyecek
Oxunma sayı: 3086

Türkiyəli müğənni Mustafa Ceceli növbəti dəfə məhkəməyə müraciət edib.  Onun müraciəti bu dəfə də keçmiş xanımı Sinem Gediklə bağlıdır.

“Qafqazinfo” xəbər verir ki, Mustafa Sinemdən özünü qorumaq üçün İstanbul Ailə Məhkəməsinə gedərək ərizə yazıb. 

Məhkəmə S. Gedikin iki ay müddətində Cecelidən uzaq durmasını, sosial şəbəkələrdə təhdid-təhqir yazmasına icazə verilməməsi barədə qərar çıxarıb . 

İfaçının keçmiş xanımı buna etiraz etsə də, onun istəyi də rədd edilib.