Ekspert gəlmədi, Lapşinin məhkəməsi təxirə düşdü

Ekspert gəlmədi, Lapşinin məhkəməsi təxirə düşdü
Oxunma sayı: 64

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusiyada həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alekksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə əlavə şahid qismində ifadə verməsi gözlənilən ekspert Almaz Bayramova iştirak etməyib. 

Ekspertiza mərkəzindən məhkəməyə daxil olan məktubda qeyd edilib ki, Almaz Bayramova məzuniyyətdədir. Buna görə də onun iştirak etməsi üçün vaxt verilməsi xahiş edilib.

Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi