Ekspert Lora Takla nələri müzakirə edəcək?

ekspert-lora-takla-neleri-muzakire-edecek
Oxunma sayı: 640



“Qafqazinfo” xəbər verir ki, o bu barədə facebook hesabında yazıb. V. Bayramov qeyd edib ki, görüşdə daha çox Azərbaycan iqtisadiyyatında diversifikasiya məsələlərinin müzakirə ediləcəyi gözlənilir: “Dünya Bankı Azərbaycanın əsas tərəfdaş beynəlxalq institutlarından hesab edilir. Bununla yanaşı, xarici maliyyə resurslarına ciddi ehtiyacı olmayan Azərbaycan üçün indiki mərhələdə daha çox beynəlxalq təşkilatların iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı konsaltinq xidmətindən faydalanmaqdır. Bu baxımdan, bu günki görüşdə də məhz Dünya Bankının iqtisadi diversifikasiyanın sürətləndirilməsində rolunun artırılması, qeyri-neft sektorunda müqayisəli üstünlüklərə malik olan istiqamətlərin müəyyənləşdirilməsi və modelləldirilməsi və eləcə də dayanıqlı inkişaf modelinin dəstəklənməsi məsələlərinə diqqət ayıracam. Qarşılıqlı müzakirələrin və breyn stormların hər iki tərəf üçün faydalı olacağına əminəm”.

Günel