“Əl-Cəzirə”yə qoyulan qadağa götürüldü

el-cezireye-qoyulan-qadaga-goturuldu
Oxunma sayı: 643

Səudiyyə Ərəbistanında “Əl-Cəzirə” və “beIN Sports” kanalları başda olmaqlar Qətər aid saytlara qoyulan qadağalar götürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda bu ölkədə Qətər saytlarına girmək mümkündür.

Lakin, kral ailəsinin üzvlərindən Səud əl-Qəhtani texniki problem olduğunu və bu səbəbdən saytlara girişin mümkün olduğunu deyib. O, yaxın saatlarda Qətər saytlarına yenidən blok qoyulacağını bildirib.

Qeyd edək ki, 5 iyunda S.Ərəbistanı başda olmaqlar Körfəz ölkələri Qətərlə əlaqələrini kəsmiş, daha sonra aralarında “Əl-Cəzirə”nin bağladılmasının da yer aldığı 13 maddəlik tələb siyahısı açıqlamışdılar.