Əl-Əqsa məscidi qaranlığa büründü

el-eqsa-mescidi-qaranliga-burundu
Oxunma sayı: 3168

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarını elan etməsi ilə eyni vaxtda Əl-Əqsa məscidinin işıqları söndürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, işğal altında olan Şərqi Qüdsdəki Əl-Əqsa məscidi ilə yanaşı Beytullahim şəhərindəki İsanın anadan olduğu deyilən Mehd Kilsəsi meydanındakı Milad ağacının da eyni dəqiqələrdə işıqları söndürülüb.

Əl-Əqsa məscid işıqlarının söndürülməsinə dair Qüds İslami Vəqfi İdarəsi hər hansı bir açıqlama yaymayıb.

Qeyd edək ki, Şərq Qüdsü 5 iyun 1967-ci ildə işğal edən İsrail, 1980-ci ildə tək tərəfli olaraq şəhərin şərqini və qərbini "birləşmiş paytaxtı" elan edib. BMT  Təhlükəsizlik Şurası eyni ildə qəbul etdiyi 478 saylı qərarla, İsrailin ilhaq və paytaxt elanını etibarsız sayıb. Qərar əsasən ABŞ, o cümlədən beynəlxalq cəmiyyət Şərqi Qüdsün işğal altında olduğunu qəbul edir. İsrail hakimiyyətini tanıyan bütün ölkələrin səfirlikləri Təl-əvivdə yerləşir. Heç bir ölkə, Qüdsü, ya da şərq və qərb hissələrini paytaxt kimi qəbul etmir. Trampın qərarı ilə ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyan ilk ölkə oldu.