“El Klasiko”da Gilat Şalit qalmaqalı

el-klasikoda-gilat-salit-qalmaqali
Oxunma sayı: 656

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, 2006-cı ildə Qəzzada əsir düşən və 5 il sonra müqavilə əsasında öz ölkəsinə təhvil verilən israilli əsgər Gilat Şalitin Barselona və Real Madrid arasında oynanılan, “El Klasiko” olaraq tanınan futbol matçına dəvət edilməsi etirazla qarşılanıb.

Fələstinli məhkumların ailələri “Barselona” komandasının emblemi üzərində Şalitin şəkilləri olan plakatlarla İspaniyanın Qüdsdəki səfirliyi qarşısında aksiya keçiriblər.

İsrail həbsxanasında məhkum olan fələstinli futbolçu Mahmud Sarsak da İspaniyaya matçı izləmək üçün dəvət edilib. Lakin Sarsak Gilat Şalitin matçda olacağını eşidib ora gəlməyib.