“Əl Qaidə”nin bir neçə lideri tutulub

el-qaidenin-bir-nece-lideri-tutulub
Oxunma sayı: 645

Yəmən təhlükəsizlik qüvvələri “Əl Qaidə” terror təşkilatının üzvlərinin saxlanılması üçün əməliyyat keçirib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Yəmən hökumətinə dəstək verən ərəb koalisiyasının qərargahından bildirilib.

Hardamaut əyalətində keçirilən əməliyata xüsusi təyinatlılar və aviasiyanın cəlb olunduğu bildirilib. Nəticədə “Ərəbistan yarımadasında Əl Qaidə” terror şəbəkəsinin bir neçə başçısını saxlamaq mümkün olub.

Onların əksəriyyətinin əcnəbi muzdlu olduğu bildirilir. 

Terrorçulardan çoxlu sayda silah-sursat, texnika və partlayıcı qurğu götürülüb.